2017-ci il aprelin 1-i və 2-də Xəzər Universiteti Dillər və mədəniyyətlər departamentinin müəllimi dosent Elnurə Əzizovanın rəhbərliyi ilə universitetin tələbələri “Dünya dinlərini yaxından tanıyaq” adlı proqram çərçivəsində Azərbaycandakı Yəhudi və Xristian dinlərinə məxsus konfessiyaların məbədlərində oldular. Proqram çərçivəsində tələbələr aprelin 1-də Avropa və Gürcüstan yəhudiləri sinaqoqunda Şabat mərasimində iştirak etdilər. Mərasimdən sonra din xadimi Rabai Şneor tələbələrin suallarını cavablandırdı. Aprelin 2-də isə tələbələr Bakirə Müqəddəs Məryəm kilsəsində Evharistiya ayinində iştirak etdlər. Ayinin sonunda din xadimi Vladimir tələbələrin suallarını cavablandırdı. Hər iki məbəddə tələbələr Azərbaycanda dini tolerantlıq və müxtəlifliklərin birlikdə yaşaması mövzularında dini icmaların yanaşmasına dair diskussiya apardılar.