2017-ci il aprelin 5-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə “Mühasibatlıq və maliyyə sahəsində karyera” adlı təlim keçirildi. Təlimçi PCOB Group şirkətinin təsisçisi və direktoru Orxan Yusifov tələbələrə rezyume hazırlamaq, təsirli niyət məktublarının sirri, peşəkar müsahibəyə hazırlıq, işi harada və necə axtarmalı və ACCA dəsrləri haqqında məlumat verdi.
Təlimdə İqtisadiyyat və menecment fakültəsinin tələbələri və məzunları iştirak etdirdilər. İnteraktiv formada keçən təlimdə tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Təlimin sonunda ilk müraciət edən 6 tələbə sınaq iş müsahibəsində iştirak etdi.