2017-ci il aprelin 5-də Kolumbiyanın səfiri xanım Marta Galindo Pena Xəzər Universitetində qonaq oldu və rektor Dr. Hassan Niknafs, Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova və koordinator Günay Fərzəliyeva ilə görüşdü. Görüş Beynəlxalq Əlaqələr Ofisi tərəfindən təşkil olunmuşdu və universitetin “Neftçilər” kampusunda baş tutdu.
Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Kolumbiya səfirliyi və Kolumbiyadakı universitetlərlə yaxın əməkdaşlıq qurmaqla bağlı dərin marağını bildirdi. O, həmçinin kolumbiyalı tələbələri Xəzər Universitetinin beynəlxalq tələbələr üçün təklif olunan proqramlarında görməkdən məmnunluq duyacağını bildirdi.
Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova 2017-2018-ci tədris ili üçün açıq olan beynəlxalq qəbul haqqında məlumat verdi və Xəzər Universitetinin promo materiallarını səfirə təqdim etdi.
Səfir görkəmli Kolumbiya yazıçısı və Nobel mükafatçısı Qabriel Qarsiya Markesin kitabını rektora təqdim etdi.
Qeyd olundu ki, beynəlxalq qəbul və Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramı bütün xarici vətəndaşlar üçün açıqdır. Potensial tələbələr (bakalavr, magistr və doktorantura tələbələri) universitetin dörd fakültəsinə müraciət edə bilərlər. Müraciət üçün son tarix 2017-cı aprelin 15-dir.