2017-ci il aprelin 5-də Almaniyanın “Rohde&Schwarz” şirkətinin səlahiyyətli nümayəndələri Xəzər Universitetində Elektronika və telekommunikasiya departamentinin qonağı oldular. Nümayəndələr şirkətləri haqqında geniş məlumat verdikdən sonra elektronika ixtisaslı bir qrup tələbələrinin iştirakı ilə keçilən seminarda “Mobil rabitə şəbəkələrinin optimallaşması və testləşməsi üçün avadanlıqlar” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzə şirkətin istehsal etdiyi avadanlıqlar üzərində real şəraitə uyğun praktik olaraq təqdim edilirdi.
Gələcəkdə Elektronika və telekommunikasiya departamentində şirkət tərəfindən bu cür praktik məruzələrin davam etdirilməsi qərara alındı.