2017-ci il aprelin 4-də Xəzər Universitetində Karyera Mərkəzi SPE layihəsi çərçivəsində “Startegiya nədir?” mövzusunda seminar keçirildi.Karyera Mərkəzi tərəfindən təşkil olunan seminar universitetin “Neftçilər” korpusunda keçirildi. Seminarda məruzəçi Halliburton şirkətinin nümayəndəsi Xatirə Mikayılova çıxış etdi. Uğurlu strategiyanın rolu və əhəmiyyətindən bəhs edən məruzəçi seminarın ardınca tələbələrə müxtəlif qrup tapşırıqları verdi.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı.