2017-ci il martın 15-i və 16-da Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin müəllimləri Dr. Rasul Moradi və Məsud Mehrizadə “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda Bakıda keçirilən elmi-praktiki beynəlxlaq konfransda iştirak etdilər. Konfrans Şollar-Bakı su qurğuları kompleksinin 100 illiyinə həsr olnumşdu.
Martın 16-da Dr. Moradi konfransda çıxış edərək, nanotexnologiyadan istifadə etməklə, suların təmizlənməsi və dəniz suyunun duzsuzlaşdırılması haqqında tədqiqatını təqdim etdi. O, eyni zamanda, su qıtlığının qarşısını almaq üçün səmərəli yolların tapılmasının vacibliyindən danışdı. Onun “PVDF nano-lifli membran istifadə edərək membran distillə metodu vasitəsilə suyun təmizləməsi və duzsuzlaşması” (“Water Treatment and Desalination using PVDF Nano-fibrous Membrane in Membrane Distillation Method”) adlı məruzəsi konfrans materiallarında çap olunmuşdur.