2017-ci il martın 29-da ehtiyatda olan polkovnik-leytenant Mayis Talışxanov və Xəzər Universiteti Biologiya elmləri departamentinin müdiri Dr İradə Xəlilovanın rəhbərliyi altında Təhsil fakültəsinin tələbəsi Günel Haşımlı və Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbəsi Rza Haciyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda digər ali məktəblərin kursant, müdavim və tələbələrinin iştirakı ilə keçirtdiyi elmi-praktik konfransında iştirak edərək, Xəzər Universitetini təmsil etdilər. Konfransda Günel Haşımlı “Fövqəladə hallarla mübarizədə mülki müdafiənin rolu” mövzusunda və Rza Hacıyev isə “Əhalinin radiasiya təhlükəsizliyi” mövzusunda məruzələrlə çıxış etdilər. Bu məruzələr akademiyanın xüsusi məqalələr toplusunda çap olunacaqdır.
Sonda tələbələr Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanları ilə təltif edildilər.