2017-ci il martın 16-da Akaki Tsereteli Dövlət Universitetinin rektoru professor George Gavtadze Xəzər Universitetində oldu və universitetin rektoru Hassan Niknafs ilə görüşdü. Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova da görüşdə iştirak etdi. Görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın inkişafı, habelə, müxtəlif mübadilə proqramları və akademik miqyaslı tədbirlərin (seminar, konfrans, yay məktəbi) təşkili barəsində müzakirələr aparıldı.
Qeyd edək ki, iki universitet arasında akademik əməkdaşlıq çərçivəsində ümumi razılaşma 2013-cü ildə imzalanmışdı. Həmin vaxtdan etibarən iki universitet müxtəlif müştərək layhələrdə iştirak etmişdir (2012-2014: Tələbə Dəstək və İnkişaf Xidməti Tempus Layihəsi). Hazırda Xəzər Universiteti və Akaki Tsereteli Dövlət Universiteti Erasmus+ proqramı çərçivəsində iki layihədə iştirak edir.
Akaki Tsereteli Dövlət Universitetinin rektoru “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (Advocacy Establishment for Students through Ombudsman Position) layihəsi çərçivəsində Bakıda baş tutan görüşdə iştirak etmək üçün Azərbaycandadır.