2017-ci il martın 17-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun təşkilatçılığı ilə Təhsil fakültəsi tarix müəllimliyi ixtisası I kurs tələbələrinin “Köməkçi tarix fənləri” dərsi H.Zərdabi adına Təbiət Tarixi Muzeyində keçirildi. Müəllim Orxan Zamanov tələbələrə nəsli kəsilmiş heyvan qalıqları, həmçinin, müxtəlif növ dəniz heyvanlarının qalıqları haqqında məlumat verdi. Tələbələr Sakit və Hind okeanlarından gətirilmiş heyvan nümunələri ilə də tanış oldular.