2017-ci ilin martın 16-da Xəzər Universitetində Erasmus+ “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“Advocacy Establishment for Students through Ombudsman Position” – AESOP) layihəsi çərçivəsində layihənin regional tərəfdaşları arasında görüş keçirildi.
Gürcüstan və Ukrayna universitetilərinin, eləcə də, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaş olduğu layihənin ilk görüşündə nümayəndələr ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələri haqqında məlumat verdilər.
Layihə çərçivəsində təşkil olunan görüşün əsas xəttini cari məsələlər və növbəti addımlar haqqında müzakirələr təşkil edirdi.
AESOP layihəsi tələbələrin universitet həyatında yaşadıqları çətinliklər, münaqişələr və digər məsələlərlə əlaqədar hüquqların müdafiəsinə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, tərəfdaşların ikinci görüşü martın 17-də baş tutacaq.