2017-ci il martın 10-dan 12-dək Xəzər Universiteti Dillər və mədəniyyətlər departamentinin müdiri Dos. Dr. Elnurə Əzizova Türkiyənin Şanlıurfa şəhərində keçirilmiş “II Beynəlxalq İslam tarix və mədəniyyətində Şanlıurfa” (Osmanlı sənəd və mənbələri əsasında) adlı simpoziumda iştirak etmişdir. Elnurə Əzizova “İbrahimin hovuzundan İsanın təsvirinə orientalizmin Edessasında dini məhvər: 16-19-cu əsrlər avropalı səyyahların gözündən Osmanlı Urfasında yəhudi, xristian və müsəlman kimliyinə dair” adlı məruzə ilə çıxış etmişdir.