2017-ci il 12 mart tarixində Xəzər universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlının “Elm üçbucağı” verlişinin növbəti buraxılışı İctimai TV-də yayımlandı. Bu dəfəki mühazirənin mövzusu “Məktublar Respublikası” haqqında idi. O eyni zamanda müasir elmi jurnallar və onların tarixi haqqında da fikirlər söylədi. Mühazirənin auditoryasını Xəzər universitetinin müəllim və peşəkar heyəti təşkil edirdi.