2017-ci il martın 11-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Samirə Qarayevanın və Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının 1-ci kurs tələbələrinin təşkilatçılığı ilə Novruz bayramı keçirildi. Tələbələr Novruz bayramına həsr edilmiş təqdimat və videolar təqdim etdilər. Tarix və arxeologiya departamentinin müəllimi Saida İzmailova universitetin 1-ci kurs əcnəbi tələbələrini tədbirə qonaq kimi dəvət etmişdi. Novruz bayramının ənənələrinə uyğun süfrə bəzədilmişdi.
Tarix müəllimliyi ixtisasının 1-ci kurs tələbələri əcnəbi tələbələrə Novruz bayramının adət və ənənələri haqqında məlumat verdilər.