2017-cı il martın 7-də Xəzər Universiteti Təhsil fakültəsinin tələbələrinin təşəbbüsü ilə “Ev şirniyyatları-3” adlı xeyriyyə yarmarkası keçirildi. Yarmarkada tələbələr müxtəlif ev şirniyyatları hazırlayıb universitetdə köhnə və yeni binanın girişində satışa çıxardılar. Aksiyadan 366,60 AZN əldə olundu. Yarmarkadan toplanan vəsait Xəzər Universitetinin qan xərçəngindən əziyyət çəkən magistr tələbəsinin və talassemiya xəstəsi olan 4 yaşlı Aylanın müəlicəsinə sərf olunacaq.