2017-ci il martın 6-da Xəzər Universitetində “Böyük dördlük” audit şirkətlərindən “Ernst&Young” ilə tələbələrin görüşü baş tutdu.
“Ernst&Young” şirkətinin İnsan resursları ofisinin nümayəndələri tələbələrə mövcud vakansiyalar və təcrübə proqramları, işə müraciət qaydaları, edilən səhvlər, uğurlu müsahibənin yolları və korporativ mühit haqqında məlumat verdilər.
İnteraktiv formada keçən seminarın yekununda şirkət nümayəndələri tələbələrin suallarını cavablandırdılar.