2017-ci il fevralın 27-si və 28-də Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Günay Fərzəliyeva PAWER (“Regiondaxili mobillik üçün uyğunluğun, keyfiyyətin və bərabər çıxışın təminatı”) layihəsinin Polşada Vrotslav Təbiət Elmləri Universitetində keçirilən ilk görüşündə iştirak etdi. İştirakçılara Azərbaycan, Bolqarıstan, Gürcüstan, Macarıstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Polşa, Rusiya, Tacikistan, Birləşmiş Krallıq və Özbəkistanın universitet, təhsil və elm nazirliklərinin nümayəndələri daxil idi.
Görüş zamanı hər bir iştirakçı partnyor universitetinin nümayəndəsi layihədəki rolu haqqında təqdimat etdi. Görüş layihənin müddəti, cari məsələlər və növbəti addımlar haqqında müzakirələrlə bitdi.
PAWER layihəsi kreditlərin hesablanması və qiymətləndirmə sistemini uyğunlaşdırmaqla Avropa Birliyi və partnyor ölkələr, həmçinin, partnyor ölkələrin öz arasında mobilliyi dəstəkləmək məqsədi daşıyır.