2017-ci il martın 6-da Xəzər Universitetində TEDxKhazarUniversity tədbirinin sınağı keçirildi. Burada bu il mayın 13-də Xəzər Universitetinin şəhər mərkəzindəki binasında (B.Səfəroğlu küç. 122) saat 14:00-da keçiriləcək tədbirdə auditoriyaya təqdim olunacaq məruzələrlə və məruzəçilərlə tanışlıq olundu. Xəzər Universitetin müəllimləri tələbə məruzəçi namizədlərin məruzələrinə qulaq asdılar və onlara öz münasibətlərini bildirdilər.