2017-ci il martın 4-də Xəzər Universitetinin xarici tələbələrinin “Azərbaycan tarixi” fənninin növbəti dərsini fənn müəllimi Saida İzmailova Qız qalasına ekskursiya şəklində tədris etdi. Təcrübi dərsin təşkili Xəzər Universitetin Tarix və arxeologiya departamenti tərəfindən həyata keçirildi.
Saida İzmailova tələbələrə Qız qalasının tarixi haqqında günümüzdə var olan fikirləri, Orta Asiyadan Aralıq dənizinə qədər yayılmış 100-dən artıq Qız qalasının mövcud olmasından danışdı. Hər mərtəbədə fərqli eksponatlarla qarşılaşan tələbələrə qədim Azərbaycan dövləti –Albaniya barədə danışıldı.