2017-ci il martın 4-də Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı ilə “Telekommunikasiya sahəsində qlobal trendlər” adlı seminar keçirildi. Seminarı “Bakcell” şirkətinin əməkdaşı, mühəndis Orxan Bədəlov aparırdı. Seminarda Mühəndislik və tətbiqi elmlər fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika ixtisasının tələbələri ilə yanaşı, bu sahəyə marağı olan 20-dən çox tələbə iştirak edirdi.