2017-ci il martın 4-də Xəzər Universiteti Tələbə Məclisinin texniki dəstəyi və IB Club-un (www.ibclub.az) təşkilati dəstəyi ilə “Knotty Game” intellektual oyununun Xəzər Universiteti üzrə seçmə mərhələsi təşkil olundu. Ümumi 8 komandanın iştirakı ilə keçirilmiş yarışmada ilk 3 yeri tutan komanda universiteti bu ilin mayında keçiriləcək olan universitetlərarası çempionatda təmsil edəcək: 1. “To be continued” (Təhsil fakültəsi); 2. “Shastel” (Mühəndislik və tətbiqi elmlər fakültəsi); 3. “Mr. Robot” (Mühəndislik və tətbiqi elmlər fakültəsi).
Komandalararası mübarizəni əsas tutan “Knotty Game” 3 mərhələdə (dünyagörüşü, məntiq, “hə-yox” tipli suallar mərhələsi) oynanılır. “Knotty Game” dünya görüşünü, intellekti, komanda işini, əzmi, qələbə üçün mübarizəni özündə əks etdirən oyun olmaqla, iştirakçıları rəqabətcil intellekt mübarizəsinə çağırır.