2017-ci il fevralın 27-də Xəzər Universiteti Təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrinin təşkilatçılığı və iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə tələbələrdən Səidə Cabbarova, Aytac Həsənova, Aytən Əsgərova, Salatın İbrahimli, Ayşən Mustafalı, Səkinə Ələkbərova, Aytac Məmmədzadə, Müjgan Fərruxlu, Suğra Əliyeva, Pınar Məmmədzadə, Mirhəcər Kazımlı Xocalı soyqırımının səbəbləri, nəticələri barədə məlumat verməklə bərabər, həmin faciənin dəhşətlərini əks etdirən səhnələr nümayiş etdirmiş, şeirlər, musiqilər səsləndirmişlər.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub, İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak etmişlər. Tədbirə V. Əyyub yekun vuraraq, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirmişdir.