2017-ci il fevralın 28-də Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin şagirdləri ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının görüşü keçirildi.
Görüşdə “Cəbri tənliklərin həlli” barəsində mühazirə ilə çıxış edən Professor İsaxanlı 9-cu əsrdən 19-cu əsrə qədər tarixə nəzər saldı.