2017-ci il fevralın 23-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova tələbələr üçün tanınmış şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadovun xatirəsinə həsr edilmiş açıq dərs keçirdi. Tədbirdə Təhsil fakültəsinin tələbəsi Nizami Əlisoy Ziya Bünyadovun həyatı və elmi fəaliyyəti haqqında təqdimat etdi.
Daha sonra AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov akademik Ziya Bünyadovun dünyada elmi nüfuzu və şöhrəti haqqında danışdı.