2017-ci il fevralın 22-də Xəzər Universitetində Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xəzər Universitetinin rektoru Hassan Niknafs, universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, İctimaiyyətlə əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, həmin departamentin müəllimi Nəsiman Yaqublu, Xocalı faciəsinin canlı şahidləri və tələbələr iştirak edirdilər. Tədbirdə Xocalı faciəsi və onun dəhşətləri barədə iştirakçılara ətraflı məlumat verildi və Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabı təqdim olundu. Tədbir ərzində Xocalı faciəsinin canlı şahidi olmuş zabit Seyidağa Mövsümlü öz xatirələrini bölüşdü və daha sonra onun lentə aldığı Xocalı həqiqətlərini əks etdirən qısa film tədbir iştirakçılarına təqdim edildi.
Daha sonra Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı çıxış etdi. Sonda xatirə şəkli çəkildi.