2017-ci il fevralın 18-də Xəzər Universiteti Tələbə Məclisinin təşkil etdiyi universitetdaxili futbol çempionatının final qarşılaşması keçirildi. Çempionata noyabrın sonunda 10 komanda ilə start verilmiş, lakin sonradan 2 komanda oyunlara gəlmədiyi üçün kənarlaşdırılmışdı. 3 ay davam edən çempionatda 8 komanda mübarizə aparmışdır.
Final qarşılaşmasında “Panzer” və “İnternational Stars” komandaları qarşı-qarşıya gəldi. Oyun “Panzer”in 4-1 qalibiyyəti ilə sona çatdı. 2016-2017-ci tədris ilinin çempionu “Panzer” komandası oldu.