2017-ci il fevralın 17-də Xəzər Universiteti Neft mühəndisliyi departamentinin müdiri və eiLink Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Qəşəm Zeynalov Fransanın quyuların tədqiqi, neft hasilatının təhlili və modelləşdirilməsi üzrə yeni nəsil proqram təminatları üzrə ixtisaslaşmış KAPPA şirkətinin Müstəqil Dövlətlər Birliyi üzrə Baş direktoru Aleksandr Qonçarov ilə görüşdü. Görüşdə hidrodinamika, geofizika, neft hasilatlının təhlili və başqa kompleks modullar üzrə proqram təminatlarının Xəzər Universitetinə ianə edilməsinin imkanları müzakirə edildi. Bununla əlaqədar olaraq, Aleksandr Qonçarov KAPPA şirkətinin Baş meneceri Olivier Houze ilə martın sonunda Bakıya nəzərdə tutulan səfərində həmin proqramların təqdimatının keciriləcəyi və uyğun profilli universitetlərdə qeyd olunan proqram təminatlarının professor və tələbələr tərəfindən lisenziya ilə istifadə edilməsi imkanlarının təfərrüatlarının müzakirə ediləcəyi haqqında məlumat verdi.