Xəzər Universiteti Kimya mühəndisliyi departamentinin koordinatoru Dr. Rəsul Muradinin “Synthesis and Preparation of Mono-Layer h-BN Nanopowders by Using a Combination of CVD Method with Isopropanol-Assisted Exfoliation Process” (“İzopropanol-dəstəkli aşındırma prosesi ilə CVD metodunu bir arada istifadə edərək, təklaylı h-BN nanotozların sintezi və hazırlanması”) adlı məqaləsi “Springer” nəşriyyatının “Powder Metallurgy and Metal Ceramics” (“Toz metallar və metal keramika”) jurnalında (cild 55, yanvar 2017, səh. 34-46) çap olunub.
Dr. Muradi Xəzər Universitetində çalışmağa 2016-ci ilin sentyabrında Tehran Universitetindən gəlmişdir. Onun tədqiqat sahəsi mühəndisliyin müxtəlif tətbiqi sahələri üçün nano-texnologiya materiallarından istifadə edərək membranların hazırlanmasıdır. Dr. Muradi laboratoriya quraraq, nano-texnologiya üzrə tədqiqat işlərini neft mühəndisliyi, mexanika mühəndisliyi və bio-texnologiya mühəndisliyi kimi sahələrdə genişləndirmək üçün Xəzər Universitetinin tədqiqatçılarından ibarət bir komandaya rəhbərlik edəcək.