Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 26-da Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin təşkilatçılığı ilə ənənəvi universitetlərarası “Spagetti körpü” müsabiqəsi keçirilmiş və Xəzər Universitetinin “Koroğlu” komandası birinci yeri tutmuşdu.
Fevralın 16-da Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs komanda üzvləri ilə görüşdü və yarışmada qalib gəldiklərinə görə onlara sertifikat və hədiyyə təqdim etdi.
Qeyd edək ki, yarışmada Rövşən Allahverdiyev, Murad Tapdıqlı, Sultan İsmayılov və Fadima Bayraqdarovadan ibarət “Koroğlu” komandasının hazırladığı spaghetti körpü qırılmamışdan öncə 48.66 kq ağırlığa tab gətirə bilmişdi. Körpünün öz agırlığı isə 0.894 kq idi.