2017-ci il fevralın 13-də British Council - Azərbaycan “Naxçıvan” restoranında nahar təşkil etdi. Naharda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə yanaşı, hazırda Azərbaycanda səfərdə olan Lester Universitetinin (Leicester University) rektoru professor Paul Boyle, həmin universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Michael Green, habelə, Böyük Britaniyanın Bakıdakı səfiri Dr. Carole Crofts və British Council-in Azərbaycan nümayəndəliyinin direktoru xanım Elizabeth White iştirak edirdilər.
Görüşdə Azərbaycan Birləşmiş Krallıq əlaqələri, xüsusilə də təhsil və tədqiqat sahəsində əlaqələr geniş müzakirə olundu.