“Azərbaycan müəllimi” qəzetinin redaksiyasına
Hörmətli redaksiya!
Azərbaycan müəllimi qəzetinin 20.01.2017 tarixli 2-ci nömrəsində (http://muallim.edu.az/content/?category=arxiv&issue=02-017&content_id=24) dərc olunmuş “Ali təhsil müəssisələrinin 2016-cı ildə impakt-faktorlu beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrinin statistikası haqqında məlumat” adlı xəbər yayılmışdır. Təəssüf ki, bu xəbərdə verilən statistika Web of Science elmi platformasındakı rəsmi statistika ilə, nəinki üst-üstə düşmür, ciddi şəkildə təhrif olunmuşdur. Web of Science dünyada təbiət elmləri, ictimai elmlər, incəsənət və humanitar elmlər sahələri üzrə elmi jurnalları indeksləşdirən, biblioqrafik məlumat toplayan ən məşhur beynəlxalq elmi platformadır. Belə bir mötəbər mənbənin məlumatlarının bu şəkildə təhrif edilməsi böyük təəssüf hissi doğurur. “Azərbaycan müəllimi” qəzetinin redaksiyasından veerilən məlumata görə bütün rəqəmlər ali məktəblər tərəfindən təqdim edilmişdir və məlumatın doğruluğu üçün ali məktəblərin özləri məsuliyyət daşıyırlar. Amma, istənilən halda, uyğun məlumatlar ciddi şəkildə yoxlanılmalıydı. Ali məktəblərdən alınmış məlumatlar qaynaqlarla yoxlanılmamış və nəticədə, ictimaiyyətə həqiqətdən çöx uzaq bir informasiya çatdırılmışdır. Qeyd edək ki, qəzetdə dərc edilmiş statistik rəqəmlərdən yalnız 2-si doğrudur (Xəzər Universiteti və Gəncə Dövlət Universiteti). Onu da qeyd etməyi özümüzə borc bilirik ki, belə statistika müəllim və elmi işçilərin sayına nisbətdə verilir. Bu baxımdan, Xəzər Universiteti, ADA universiteti və Milli Aviasiya Akademiyası digərilərindən fərqlənirlər. Adı çəkilıən bu universitetlər adambaşına düşən məqalə sayına görə irəlidədirlər.
Bu məsələyə aydınlıq gətirmək üçün Web of Science elmi platformasındakı rəsmi məlumatı “Azərbaycan müəllimi” qəzetində verilən məlumatla müqayisəli cədvəl şəklində Sizə təqdim edirik. Qeyd edək ki, Web of Science elmi platformasında, “Azərbaycan müəllimi” qəzetində qeyd olunmayan digər 5 universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının da 2016-cı ildə çap olunmuş nəşrləri haqqında statistik məlumat əks olunub.
Xahiş edirik ki, oxucuların dəqiq və obyektiv məlumatla tanış olması üçün şərait yaradasınız və “Azərbaycan müəllimi” qəzetində verilmiş yanlış məlumatla yanaşı yeni doğru məlumatı dərc edəsiniz.
Hörmətlə,
Əlövsət Əmirbəyli
Xəzər Universiteti, İctimaiyyətlə əlaqələr və media üzrə direktor
26 yanvar 2017-ci il
Ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən 2016-cı ildə Thomson ReutersWeb of Science beynəlxalq jurnallarında çap olunmuş nəşrlərin sayı haqqında statistik məlumat
|
Universitetin/Təşkilatın adı |
“Azərbaycan Müəllimi” qəzətində verilən məlumat |
Web of Science elmi platformasında olan statistik məlumat (25.01.2017) |
1. |
Azərbaycan Dövlət İqtisad Universiteti |
253 |
5 |
2. |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
192 |
51 |
3. |
Bakı Dövlət Universiteti |
165 |
172 |
4. |
Azərbaycan Texniki Universiteti |
165 |
21 |
5. |
Sumqayıt Dövlət Universiteti |
54 |
5 |
6. |
Azərbaycan Dillər Universiteti |
48 |
11 |
7. |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
41 |
7 |
8. |
Bakı Slavyan Universiteti |
32 |
1 |
9. |
Xəzər Universiteti |
15 |
15 |
10. |
Naxçıvan Dövlət Universiteti |
9 |
3 |
11. |
Azərbaycan Memarlıq və İnşaat Universiteti |
9 |
6 |
12. |
Azərbaycan Dövlət Aqrar Universiteti |
8 |
2 |
13. |
Gəncə Dövlət Universiteti |
7 |
7 |
14. |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
1 |
0 |
15. |
Mingəçevir Dövlət Universiteti |
1 |
0 |
16. |
Azərbaycan Milli Elmlər Akademiyası |
- |
404 |
17. |
Azərbaycan Tibb Universiteti |
- |
26 |
18. |
- |
17 |
|
19. |
ADA Universiteti |
- |
11 |
20. |
Odlar Yurdu Universiteti |
- |
5 |
21. |
Azərbaycan Turizm və Menecment Universiteti |
- |
2 |