2017-ci il fevralın 8-də “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyəti və ümumilikdə, Azərbaycanda tələbə kredit proqramının icrası ilə bağlı tədbir keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da bu tədbirdə iştirak etdi.
Bir neçə dövlət ali məktəbi tədbirdə təmsil olunurdu. Xəzər Universiteti bu tədbirdə iştirak edən yeganə özəl ali təhsil müəssisəsi idi.