2017-ci il fevralın 8-də Xəzər Universiteti Karyera Mərkəzinin koordinatoru Ülviyyə Hüseynova “Gilan Holdinq” şirkətinin Marketinq departamentinin nümayəndələri ilə görüş keçirdi. Görüş “Gilan Holdinq” şirkəti ilə sıx əməkdaşlıq etmək, TEDx tədbirində sponsorluq təklifini müzakirə etmək, Karyera Sərgisində yaxından iştirak etmək haqqında idi. Şirkət nümayəndələri bundan sonra sıx əlaqədə olaraq, müəyyən tədbirlər haqqında əməkdaşlıq təkliflərini dəyərləndirəcəklərinə söz verdilər.