2017-ci il yanvarın 4-dən 14-dək Xəzər Universitetinin əməkdaşı Fərda Əsədov “İki müqəddəs məscidin xadimi, Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbd əl-Əzizin qonaqları” proqramı ilə Məkkə və Mədinə şəhərlərinin müqqədəs ziyarətgahlarına səfərdə olmuşdur. Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmasını nəzərə alaraq, Fərda Əsədov səfəri zamanı keçirdiyi görüşlər haqqında təəssüratlarını bölüşməsi üçün universitetin Tarix və arxeologiya departamentinin təşəbbüsü ilə 2017-ci il fevralın 7-də görüş təşkil etdi. Görüşdə Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, müəllimləri Orxan Zamanov, Ülviyyə İbrahimova, Samirə Qarayeva, müdir assistenti Akifə Cəfərli ilə yanaşı, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Xəzər Universitetinin Məzunlarla iş üzrə koordinatoru Baba Bayramlı, Dillər və mədəniyyətlər departamentinin müdiri Elnurə Əzizova, Bioloji elmlər departamentinin müdiri İradə Xəlilova, Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri Vurğun Əyyub, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Eynur Mehdiyev, fars dili müəllimi Zivər Hüseynli və Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədov iştirak edirdilər.
Görüş zamanı slaydlar və qısa video çəkilişlər nümayiş etdirildi.