2017-ci il yanvarın 23-dən 25-dək Xəzər Universitetinin doktorantı Sana İmran Barselonada keçirilən beynəlxalq konfransda iştirak etdi. Konfrans ABŞ-ın Şərq-Qərb İnsitutu tərəfindən təşkil olunmuşdu və dünyanın müxtəlif yerlərindən tədqiqatçılar iştirak edirdi. Azərbaycanı tədbirdə təmsil edən Sana İmran “Milli kimliyin möhkəmləndirilməsində brendlərin rolu” adlı təqdimatla çıxış etdi.
S.İmran Azərbaycanın iqtisadi, ticari və turist potensialından danışdı və əsas diqqəti Azərbaycanın stratetji coğrafi mövqeyinə və hidrokarbon resurslarına çəkdi. O, eyni zamanda, milli brendlər vasitəsilə millətlərin beynəlxalq aləmdə tanınmasının təhlilinə yer ayırdı. Sana İmran qeyd etdi ki, “yumşaq güc” vasitələrindən səmərəli istifadə etməklə, brendlər milli kimliyin güclənməsinə xidmət edə bilər.