2017-ci il yanvarın 28-də Xəzər Universitetində “Çətin iqtisadi vaxtlarda məzun olmaq” mövzusunda seminar keçirildi.
Seminarın əsas mərüzəçisi karyera planlama sahəsində 25 ildən çox təcrübəyə sahib olan, Azərbaycana Amerikanın Azərbaycandakı səfirliyinin “Alumni Max” proqramı çərçivəsində gəlmiş Douglas Reichenberger idi.
Cənab Reichenberger tədbir iştirakçılarına karyera planlama, cari əmək bazarındakı çətinliklər və çətin iqtisadi zamanlarda karyera qazanma yolları haqqında məlumat verdi.
D.Reichenberger mühazirəsinin sonunda iştirakçıların suallarını cavablandırdı.