Bu günlərdə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “On yeddi illik mücadilə: Azərbaycanda Sovet işğalına qarşı milli müqavimət hərəkatı. 1920-1937” kitabı çapdan çıxmışdır. Kitabın rəyçilərindən biri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.
Kitabda “Qaçaq İsaxan” adlı bir paraqraf da öz əksini tapmışdır. Qaçaq İsaxanın bir neçə nəvə (o cümlədən, professor Hamlet İsaxanlı) və nəticələri Xəzər Universitetinin əməkdaşlarıdır.