2017-ci il yanvarın 20-də Xəzər Universitetinin bir qrup müəllim və tələbəsi 20 Yanvar –Ümummilli Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etdilər, Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda şəhid olmuş həmvətənlərinin ruhuna dualar oxudular.