2017-ci il yanvarın 11-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində “Misir Mədəniyyəti günü” keçirildi. Tədbirdə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə yanaşı, Misirin Azərbaycandakı səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniya və Sudan səfirləri, Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcair və digər ərəb ölkələri səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra başçısının müavini Aygün Əliyeva, millət vəkili Nizami Cəfərov və bir çox siyasət, elm, sənət xadimləri iştirak edirdilər.
“Elçi daşı” layihəsi çərçivəsində keçirilən tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə əməkdaşlıq etmək, ölkələri şagirdlərə daha yaxından tanıtmaqdır.
Tədbirlə bağlı daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:
http://azertag.az/xeber/Xezer_Universitetinde_Misir_Medeniyyet_Gunu_kechirilib-1026198;
http://news.day.az/azerinews/858368.htm;
http://sia.az/az/news/culture/587161-bakida-misir-medeniyyet-gunu-kecirilib;
http://www.kaspi.az/az/misir-medeniyyet-gunu-kecirilib/;
http://salamnews.org/az/news/read/253437;
https://report.az/medeniyyet-siyaseti/bakida-misir-medeniyyet-gunu-kecirilib/;