2017-ci il yanvarın 1-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Səni axtarıram” verlişinin qonağı oldu. O, 2016-cı ildə dünyada və Azərbaycanda baş verən mühüm siyasi, iqtisadi, elmi və mədəni hadisələrə münasibət bildirdi və Azərbaycanla əlaqələri itmiş insanların taleyi barədə söhbət açdı.