Dekabrin 30-da Xəzər Universitetinin Mərmər zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram şənliyi keçirildi, ziyafət təşkil olundu.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs və prorektor Məhəmməd Nuriyev və digərləri çıxış edərək, əməkdaşları təbrik etdilər, onlara yeni ildə uğurlar arzuladılar.
Tədbirdə mahnılar oxundu, şeirlər söyləndi, lotereya oynanıldı. Əməkdaşlar rəqs edərək əyləndilər. Bayram şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.