2016-cı il dekabrın 26-da Xəzər Universitetinin “Dünya” konsert salonunda universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə birinci semestrin yekunlarına həsr olunmuş “Leyli Məcnun və məhəbbət” adlı imtahan tamaşası. nümayiş etdirildi.
Tamaşa Xəzər Universitetinin birinci kurs tələbələrindən ibarət xor kollektivi (müəllim Məhsəti Cabbarova), oğlan və qızlardan ibarət rəqs ansamblı (müəllim əməkdar artist Telman Əliyev), vokalçılar və Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin birgə keçirdiklər “Tələbə baharı” adlı Beynəlxalq Gənclər Yaradıvcılıq Festivalının digər universitetlərdən (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Dillər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti, Bakı Xoreoqrafiya Akademiyası) olan qaliblərinin iştirakı ilə hazırlanmışdı.
Tamaşanın quruluşçu rejissoru Xəzərin müəllimi Səbinə İsmayılova, ssenari müəllifi festivalın qaliblərindən olan Ceyhun Hüseynli və İqtisad universitetinin tələbəsi Vüsal Nəcəfov idi.
Tamaşanın musiqi tərtibatında Üzeyir Hacıbıyli, Süleyman Ələsgərov və Cavanşir Quliyevin əsərlərindən istifadə olunmuşdu.
Tamaşadan sonra Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Nicat Kazımov çıxış edərək, tamaşa haqqında müsbət rəylərini bildirdilər.
Xəzər Universitetinin tələbələri tamaşanın nəticələrinə görə qitmətləndirildilər.