2016-cı il dekabrın 24-də Xəzər Universitetinin Tələbə Məclisi “AIESEC in Azerbaijan” (www.aiesec.az) qeyri-hökumət təşkilatının təşkilati dəstəyi ilə tələbələrin asudə vaxtını dəyərli təşkilini təmin etmək üçün “Startup” mövzusunda məlumatlandırıcı seminar keçirdi. İqtisadiyyat və menecment fakültəsinin tələbələrinin aktiv iştirakı ilə keçən tədbirdə təxminən 50 nəfər tələbə iştirak edirdi.
“Mənim şirkətim –mənim startapım” (My company, my Startup) adlı tədbir tələbələrə öz komandaları ilə birlikdə 6 həftəlik xaricdə təcrübə proqramında iştirak şansı yaradır.
Layihə çərçivəsində seçdikləri xarici ölkədə yerli əcnəbilərə ixtisasdan asılı olan səhələrdə (layihə idarə etməsi, biznes, marketinq, IT və telekommunikasiya və s.) seminarlar tədris edə bilərlər.