2016-ci il dekabrın 26-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində dərs deyən müəllim heyəti üçün təlim-seminar keçirildi. Təlimçi Mələk Kərimova (Humanitar və sosial elmlər fakültəsinin dekan müavini) iştirakçılara əlillik, onun xüsusiyyətləri, onlara yanaşma tərzi və tədris metodikası haqqında geniş məlumat verdi.
Tədbir zamanı mövzu ətrafında interaktiv fikir mübadiləsi aparıldı və iştirakçıların suallarına cavab verildi.