2016-cı il dekabrın 25-də Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin assistenti Günel İsmayılova Bakirə Müqəddəs Məryam Katolik Kilsəsində Katolik icmasının Milad Bayramında iştirak etdi. Bayram xüsusi mərasim nəğməsi ilə başladı, Həzrəti İsanın doğum gününü əks etdirən kiçik səhnəciklə, eləcə də, müqəddəs “İncil” kitabından din xadimləri tərəfindən səsləndirilən moizə və dini nəğmələrlə yekunlaşdı. Bu mərasimə ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta, “Fulbright” Proqramı ilə Bakıya gələn və ingilis dilini Bakıdakı məktəblərdə tədris edən müəllimlər Robert Borowik, Mary Catherine Boehmer, Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin müəllimi Michael Monday və digər qonaqlar da qatılmışdılar.
Qeyd edək ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd edilir.