2016-cı il dekabrın 26-da Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin təşkilatçılığı ilə ənənəvi universitetlərarası “Spagetti körpü” müsabiqəsi keçirildi. Müsabiqədə Xəzər Universitetinin tələbələri ilə yanaşı, Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də iştirak edirdilər.
Tədbiri Xəzər Universitetinin rektoru Hassan Niknafs açaraq, müsabiqənin əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı.
Sonra Xəzər Universitetinin İnşaat mühəndisliyi departamentinin müəllimi Əli Atefinin rəhbərliyi ilə müsabiqə başladı. Gərgin keçən yarışmada Xəzər Universitetinin “Koroğlu” komandası birinci yeri tutdu.
Qeyd edək ki, müsabiqənin məqsədi makaron və spagettidən körpü inşa etməklə, mühəndislik mexanikası və materialların müqavimətinin ölçülməsində tələbələrin biliyini yoxlamaqdır.
Tələbələr müsabiqədən kənar vaxtda spagetti çubuqlarından “yolka” ağacı da qurmuşlar və bu barədə A24.az saytı da xəbər yaymışdır: http://a24.az/dunyada-ilk-hami-azerbaycanli-telebelerin-duzeltdiyi-yeni-il-agacindan-danisir-foto/