2016-cı il dekabrın 25-də “Borçalı” İctimai Cəmiyyətinin 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirdiyi tədbirdə Xəzər Universitetinin təsisçisi, Dirketorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı Cəmiyyətin 19 dekabr 2016-cı il tarixli qərarı ilə səmərəli elmi və ictimai fəaliyyətinə görə “Zahid Xəlilov mükafatı” – “Türklüyə Xidmət ödülü” ilə təltif edildi.
Mükafat alanlar arasında H.İsaxanlı ilə yanaşı, Türkiyədən, Azərbaycandan və Güney Azərbaycandan ictimai xadimlər də var idi.
Tədbirdə Xəzər Univesitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak edirdilər.
Qeyd edək ki, mükafat ildə bir dəfə olmaqla, hər ilin sonunda Türk dünyasının dirçəlişi naminə misilsiz fədakarlıq göstərən Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Gürcüstan və digər türk bölgələrindən seçilmiş şəxslərə təqdim olunur.