2016-ci il dekabrın 21-də Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev elm və təhsilin gələcək inteqrasiyasına həsr olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında iştirak etdi.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” adlı məruzə ilə çıxış etdi.
Tədbirin sonunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər haqqında qərar qəbul edildi.