2016-cı il dekabrın 22-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyədə Orta Doğu Tekniki Universitetinin rektoru professor Mustafa Verşan Köklə görüşdü. H.İsaxanlı ODTU-nun rektoruna Xəzər Universiteti haqqında geniş məlumat verdi və universitetin hədiyyəsini ona təqdim etdi.
Görüş zamanı Xəzər Universiteti ilə ODTU arasında bundan sonra əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. M.V.Kök ziyarətə görə Hamlet İsaxanlıya dərin təşəkkürünü bildirdi və universitetin hədiyyələrini ona təqdim etdi.
Xatirə şəkilləri çəkildi.