2016-cı il dekabrın 20-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Ankara Universitetinin Gölbaşında yerləşən Mühəndislik fakültəsində oldu. Fakültənin dekanı professor Aziz Tekin H.İsaxanlını səmimi salamlayaraq, Mühəndislik fakültəsi haqqında geniş məlumat verdi. Görüş zamanı hər iki universitetin mühəndislik fakültələrinin birgə proqramlar həyata keçirməsi qərara alındı.
Fakültə dekanı A.Tekin H.İsaxanlıya ziyarətdən dolayı dərin təşəkkürünü bildirdi.
Görüşdə Ankara Universitetinin Kompüter Elmləri departamentının müdiri prof. İman Askerbeyli, Xəzər Universitetinin Türkiyə üzrə təmsilçiləri Hüseyin Ayhan və Murat Ekinci də iştirak etdilər.