2016-cı il dekabrın 20-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Hacettepe Universitetinin rektoru professor Haluk Özenlə görüşdü. Qəbul zamanı H.İsaxanlı Hacettepe Universitetinin rektoruna Xəzər Universitetinin fakültələri, bu günə kimi əldə etdiyi nailliyətlər haqqında geniş məlumat verdi. Hacettepe Universitetinin rektoru H.Özen ziyarətə görə H.İsaxanlıya dərin təşəkkürünü bildirdi və gələcəkdə əməkdaşlıq perspektivlərinin davam etdirilməsinin vacibliyini vurğuladı.
H.İsaxanlının Ankaraya rəsmi səfəri davam edir.